AZ

Paşinyan: Bu yolun Azərbaycana verilməsi düzgün qərar idi

BAKI, 18 sentyabr. TELEQRAF

Ermənistan hökumətinin bugünkü iclasından sonra Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə jurnalist ondan soruşub: “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?”.

Teleqraf xəbər verir ki, o, bu qərarı düzgün hesab etdiyini bildirib.

“Silahlı Qüvvələrimizi gətirdik və onları beynəlxalq səviyyədə tanınmış sərhədimiz boyunca yerləşdirdik. Bəli, bunu demarkasiya olmadan etdik və düzgün etdik”, - Paşinyan qeyd edib.

Seçilən
21
6
teleqraf.com

7Mənbələr