AZ

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır – Nikol

Ermənistan hökumətinin bugünkü iclasından sonra Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə jurnalist ondan soruşub: “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?”.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, o, bu qərarı düzgün hesab etdiyini bildirib.

“Silahlı Qüvvələrimizi gətirdik və onları beynəlxalq səviyyədə tanınmış sərhədimiz boyunca yerləşdirdik. Bəli, bunu demarkasiya olmadan etdik və düzgün etdik”, – Paşinyan qeyd edib.

Xatırladaq ki, söhbət sözügedən yolun Azərbaycanın suveren ərazisindən keçən hissəsindən gedir. Yol 44 günlük müharibədən dərhal sonra Azərbaycanın nəzarətinə qaytarılmışdı.

Seçilən
0
6
konkret.az

7Mənbələr