AZ

Qazaxıstan parlamentində deputatlara analarını təbrik etməyə icazə verildi

BAKI, 18 sentyabr. TELEQRAF

Qazaxıstan parlamentinin bu yaxınlarda keçirilən plenar iclasda anasını ad günü münasibətilə təbrik edən deputat Ərdək Nəzərovun hərəkəti ölkədə müzakirə mövzusuna çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə “Tengrinews” məlumat yayıb.

Saytın sorğusuna cavab olaraq, parlamentdən Nəzərovun hərəkətlərində parlament reqlamentinin və ya etika qaydalarının pozulmasına rast gəlinmədiyi bildirilib:

“Deputat Ə.Nəzərovun parlamentin sentyabrın 10-da keçirilən plenar iclasında anasına ünvanladığı təbrikə gəlincə, qeyd edirik ki, deputatın hərəkətləri parlamentin reqlamenti və etika qaydalarını pozmayıb”.

Parlament vurğulayıb ki, bu çıxış plenar iclasın gedişinə təsir göstərməyib və lazımi qaydada səsləndirilib: “Deputatlara kürsüdən analarını təbrik etməyə icazə verilir. Əsas odur ki, bu, Nəzərovun etdiyi kimi, lazımi qaydada edilsin”.

Sentyabrın 10-da Milli Məclisin plenar iclasında deputat Ərdək Nəzərov canlı yayımda anasını ad günü münasibətilə təbrik edib. Nəzərov çıxışından əvvəl anasını yubileyi münasibətilə təbrik etmək üçün icazə istəyib və bunu spiker müavininin cavabını gözləmədən dərhal edib.

Nəzərovun təbrikinə reaksiyalar müxtəlif olub. Bəzi sosial media istifadəçilər Milli Məclisin iclasını “Möcüzələr Meydanı” proqramı ilə müqayisə edib, bəziləri isə deputatın hərəkətini kəskin şəkildə pisləyib, Parlamentin divarlarında sərt qaydaların və protokolun tətbiq olunduğunu xatırladıblar.

Seçilən
20
teleqraf.com

1Mənbələr