AZ

Əliyar Ağayev bu gün Danimarkada ədaləti qoruyacaq

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasının Liqa mərhələsinin I turu üzrə bu gün keçiriləcək "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) oyununu azərbaycanlı hakim idarə edəcək. Sport24.az xəbər verir ki, Əliyar Ağayev Danimarkada ədaləti qoruyacaq.

Bakı vaxtı ilə saat 20:45-da baş tutacaq oyunda onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, bu  37 yaşlı hakimin qitənən ən mötəbər klub turnirində beşinci oyunu olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
sport24.az

1Mənbələr