AZ

Azərbaycan və Çin hərbi əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 18-də müdafiə naziri "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.

Seçilən
40
28
day.az

10Mənbələr