AZ

Sentyabrın 19 da gözlənilən hava şəraiti

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-da keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
49
marja.az

10Mənbələr