AZ

Tramp Netanyahuya əsəbiləşib: İsraildən imtina edəcək?

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətlərindən məyus olsa da, hələlik ona dəstəyindən əl çəkməyə hazır deyil.
ONN media xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Son həftələrdə Tramp bir neçə köməkçisinə bildirib ki, Netanyahu onun arzuladığı danışıqlar yoluna yox, HƏMAS-ı təslim olmağa məcbur etmək üçün hərbi gücdən istifadə etməyə üstünlük verir. Trampın Netanyahu ilə bağlı məyusluğu keçən həftə İsrailin Qətərdə HƏMAS nümayəndələrinə hücumundan bir neçə saat sonra daha da güclənib. Tramp baş köməkçilərinə kobud tonda Netanyahunun onu bezdirdiyini deyib. Lakin ABŞ prezidenti çətin ki, İsraili dəstəkləməkdən əl çəksin”, - məlumatda deyilib.

Seçilən
48
2
onn.az

3Mənbələr