AZ

Dieqo Simeone “Liverpul” azarkeşləri ilə insidentə aydınlıq gətirib

“Atletiko Madrid”in çalışdırıcısı Dieqo Simeone Çempionlar Liqasının ilk turunda “Liverpul”la keçirilən oyunun (2:3) son dəqiqələrində ingilis klubunun azarkeşləri ilə yaşadığı gərginliyi izah edib.

İdman.biz "Marca"ya istinadla xəbər verir ki, argentinalı mütəxəssis davranışının əsassız olduğunu etiraf edib.

Bununla belə, o, rəqib fanatların davamlı təhqirlərinə diqqət çəkib: “Onlar sakitliyi qorumaqdan danışırlar, amma səni bütün oyun boyu təhqir edirlər və sən heç nə deyə bilmirsən. Reaksiyam əsassız idi, amma hamı bilir ki, 90 dəqiqə ərzində fasiləsiz təhqirlərə dözmək nə deməkdir. Bu təhqirlər oyunboyu davam etdi. Ümid edirəm ki, “Liverpul” günahkarları tapacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının növbəti turunda “Atletiko” Frankfurtun “Ayntraxt” klubu ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
32
1
idman.biz

2Mənbələr