AZ

“İmişli”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi “İmişli” klubuna texniki məğlubiyuyət (0:3) verib.

İdmanxeber.az xəbər verir ki, qərar qurumun bu gün baş tutan iclasında qəbul olunub.

Buna Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

Bundan başqa, “İmişli” 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək. Oyunun 90+4-cü dəqiqəsində “İmişli” komandasının heyətində Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubunu 3000 manat ziyana salıb.

“Sumqayıt” komandası isə azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5 000 manat cərimə ödəyəcək.

IV turun “Şamaxı” – “Karvan-Yevlax” görüşündə meydan sahiblərinin heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

“Neftçi” – “Sabah” matçının 45+2-ci dəqiqəsində flaqmanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 3 000 manat cərimə edilib. Həmçinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “ağ-qaralar” 5 000 manat ziyana düşüb.

Seçilən
3
6
idmanxeber.az

10Mənbələr