AZ

Azərbaycan və Monqolustan kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirməyə hazırlaşır

Finss.az - Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşüb. Qonağı salamlayan nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib.

O, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib və kənd təsərrüfatı sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Monqolustan ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Görüş zamanı aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

Monqolustanın səfiri Qombosuren Munxbayar ölkəsinin Azərbaycanla dost olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlarını ifadə edib və görüş zamanı geniş fikir mübadiləsi aparılıb.

Seçilən
9
6
fins.az

5Mənbələr