AZ

İmişli həm 3 xalı itirdi, həm də böyük məbləğdə cərimə olundu

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyuyət (0:3) verib. Sport24.az xəbər verir ki, qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub.

Buna Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, "İmişli" komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 52.5).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
10
sport24.az

10Mənbələr