"Bavariya"nın kapitanı Manuel Noyer klub tarixinə yeni göstərici ilə düşüb.
QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Noyer Çempionlar Liqasının Liqa mərhələsinin 1-citurunda "Çelsi" ilə görüşdə iştirak etməklə Münhen təmsilçisinin turnirdə meydana çıxan ən yaşlı oyunçusu olub.
39 yaş 174 günlüyündə olan qolkiper Lotar Matthausun rekordunu qırıb. Belə ki, Matthaus 8 mart 2000-ci il tarixində 38 yaş 353 günlüyündə olarkən "Real"a qarşı oynamışdı.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir.