AZ

Noyerdən "Bavariya" tarixinin rekordu

style='margin-bottom:10px;'>

"Bavariya"nın kapitanı Manuel Noyer klub tarixinə yeni göstərici ilə düşüb.

QOL.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

Noyer Çempionlar Liqasının Liqa mərhələsinin 1-citurunda "Çelsi" ilə görüşdə iştirak etməklə Münhen təmsilçisinin turnirdə meydana çıxan ən yaşlı oyunçusu olub.

39 yaş 174 günlüyündə olan qolkiper Lotar Matthausun rekordunu qırıb. Belə ki, Matthaus 8 mart 2000-ci il tarixində 38 yaş 353 günlüyündə olarkən "Real"a qarşı oynamışdı. 

Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr