AZ

“İmişli”yə texniki məğlubiyyət və 8700 manat cərimə

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İmişli” klubuna texniki məğlubiyyət verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edilib.

Komitə Premyer Liqanın IV turunun “İmişli” – “Sumqayıt” oyunu ilə bağlı aşağıdakı qərarları qəbul edib:

“İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin, “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 49);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “İmişli” komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “İmişli” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
14
futbolpress.az

10Mənbələr