AZ

“İnter Mayami” yeni müqavilə bağlı Messi ilə danışıqlara başlayıb

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İnter Mayami" Lionel Messi ilə yeni uzunmüddətli müqaviləni müzakirə edir. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, hələ də bir neçə detalı həll etmək lazımdır. 38 yaşlı argentinalı ilə müqavilənin tezliklə imzalanacağı, bundan sonra təsdiqlənməsi üçün MLS-ə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, hücumçu 2023-cü ilin iyuldan "İnter Mayami"də çıxış edir. Onun hazırkı müqaviləsi bu ilin dekabrında başa çatır. Messi 2025-ci il mövsümündə bütün turnirlərdə 29 matçda 23 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
sport24.az

1Mənbələr