AZ

KİV: ABŞ-ın Suriya üzrə diplomatlarının bəziləri işdən azad edilib

Suriya üzrə ən yüksək səviyyəli ABŞ diplomatlarından bəziləri işdən azad edilib.

APA xəbər verir ki, bu barədə 5 anonim mənbə “Reuters”ə məlumat verib.

Bildirilib ki, ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın komandasında Suriya üzrə təyin olunan diplomatların bir neçəsi vəzifədən uzaqlaşdırılıblar.

Mənbənin məlumatına görə, bu ixtisarlar ABŞ-ın Suriya siyasətində dəyişikliyiyə səbəb olmayacaq.

Əlavə edilib ki, diplomatların işdən azad edilməsi Ağ Evlə səfir Barakın arasında olan siyasi anlaşmazlıqlar səbəbindən baş verməyib və qəfil meydana gəlib.

İxtisarların səbəbi haqqında məlumat verilməyib.

Seçilən
23
3
apa.az

4Mənbələr