AZ

Gecə 3 də maşınını “ştrafnoy”dan qaçırmaq istədi Həbs olundu

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Nizami rayonunda yerləşən müvəqqəti mühafizə olunan duracaqdan sərxoş vəziyyətdə avtomobilini qaçırmağa cəhd edən sürücü məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl gecə saat 03 radələrində baş verib.

Belə ki, hadisədən əvvəl paytaxt sakini 1984-cü il təvəllüdlü M. Kərimovun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilib. Sərxoş vəziyyətdə ictimai qaydaya və təhlükəsizliyə real təhlükə yaradan nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq duracağa yerləşdirilib.

Bundan sonra sürücü gecə saatlarında duracağa gələrək evinin açarını maşında unutduğunu bildirib və avtomobilinin açarını alıb. O, maşını işə salaraq meydançanın qapısının bir qədər aralı olmasından istifadə edib və avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərib.

Cəhdin qarşısı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən alınıb və sürücü saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə sürücüyə 10 sutka inzibati həbs verilib.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
13
qafqazinfo.az

10Mənbələr