AZ

"Monako" ÇL öncəsi problemlə üzləşdi: Təyyarə, yoxsa sauna? - VİDEO

"Monako" Çempionlar Liqasının 2025/26 mövsümündən əvvəl problemlə üzləşib.

Fanat.Az xəbər verir ki, təyyarənin kondisioner sistemindəki nasazlıq səbəbindən komanda "Brügge" ilə matça uça bilməyib.

İnformasiyanı "Instant Foot" yayıb. Xəbərə görə, sərnişinlər Fransada uçuş-enmə zolağında xeyli gözləməli olub. Salon o qədər isti olub ki, futbolçular alt paltarlarına qədər soyunmağa məcbur olublar.

Bu səhnə ilə bağlı görüntülər də yayılıb:

 

Təyyarənin qapıları nəhayət açılanda, oyunçular alt paltarında, heyrətə gələn izləyicilərin qarşısına çıxdılar. Uçuş, o cümlədən oyundan öncə keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv edilib. "Monako" Belçikaya yalnız sabah səhər çatmağı planlaşdırır.

Xatırladaq ki, “Brügge” –  “Monako” matçı sentyabrın 18-də Belçikada keçiriləcək.

Mirağa
 

Seçilən
50
1
fanat.az

2Mənbələr