AZ

Qaxın füsunkar Mamırlı şəlaləsi - FOTOLAR

Azərbaycanın təbiət möcüzələrindən biri – Mamırlı şəlalə hər mövsümdə turistlərin böyük marağına səbəb olur. Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən bu nadir təbiət abidəsi sıx meşəlik və füsunkar mənzərəsi ilə seçilir.

Operativ Media xəbər verir ki, hündürlüyü təxminən 15 metr, eni isə 30 metr olan şəlalənin qayalıqları sıx mamırla örtülüdür. Su damcılarının qayaların üzərinə süzülməsi nəticəsində yaranan yaşıl örtük şəlaləyə xüsusi gözəllik bəxş edir. Elə bu səbəbdən də abidə “Mamırlı” adını alıb.

Şəlalə 2006-cı ildə Nazirlər Kabinetinin qərarı ilə “təbiət abidəsi” elan olunub və dövlət tərəfindən qorunur. Təxminən 550–600 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən abidəyə getmək üçün ziyarətçilər sıx meşə zolağından keçməli olurlar.

Yay aylarında buraya daha çox turist axını müşahidə olunur. Soyuq və rütubətli mühiti ilə Mamırlı şəlaləsi istirahət üçün əlverişli şərait yaradır. Qış fəslində isə mənzərə tam dəyişir şaxtalı günlərdə şəlalə donaraq unikal buz kompozisiyasına çevrilir.

Yol şəraiti əsasən yaz və yayda nisbətən rahat olsa da, qışda buzlaşma və sürüşkənlik səbəbindən şəlaləyə çatmaq xeyli çətinləşir.

Şəfa Hüseynli

Seçilən
17
operativmedia.az

1Mənbələr