AZ

Tramp "Antifa"nı terror təşkilatı elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp "Antifa" hərəkatını terror təşkilatı kimi tanıdığını bəyan edib və bu qrupu maliyyələşdirənlərə qarşı ciddi araşdırmaların aparılacağı ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az-ın məlumatına görə, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
"ABŞ-nin çoxsaylı vətənpərvərlərinə bildirməkdən məmnunam ki, mən "Antifa"nı - bu xəstə, təhlükəli, ifrat sol bəlanı - böyük terror təşkilatı elan edirəm", - deyə Tramp yazıb.
Prezident əlavə edib ki, "Antifa"nı maliyyələşdirən şəxslərə qarşı ən yüksək hüquqi standartlara uyğun hərtərəfli araşdırmalar aparılacaq.
Xatırladaq ki, sentyabrın 4-də ABŞ Dövlət Departamenti Ekvadorun "Los Choneros" və "Los Lobos" qruplaşmalarını da xarici terror təşkilatları siyahısına daxil etmişdi. Bununla həmin qruplaşmalara hər hansı maddi dəstək ABŞ-də cinayət əməli sayılır, onların ölkədəki aktivləri dondurulacaq, ABŞ vətəndaşları və şirkətlərinə isə onlarla əməkdaşlıq qadağan olunur.
Seçilən
21
3
oxu.az

4Mənbələr