Dünyanın ən hündür oteli Ciel Dubai Marina noyabr ayında Dubayda açılacaq.
Editor.az bu barədə Dubay Media Ofisinin sosial mediada verdiyi açıqlamaya istinadla xəbər verir.
“Dubayın səma xəttində yeni bir əlamətdar yer peyda olur. Noyabrda Ciel Dubai Marina dünyanın ən hündür oteli kimi açılacaq”,-açıqlamada bildirilib.
Bildirilib ki, 82 mərtəbəli, 377 metrlik otel Dubay Marina ərazisində yerləşəcək.
Qeyd edək ki, hazırda dünyanın ən hündür oteli 356 metr hündürlüyündə Dubaydakı Gevora Hoteldir.
//Gülnarə Abasova, Editor.az