AZ

Livanda İsrailin hava hücumu nəticəsində iki Hizbullah komandiri öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın şərqindəki Baalbek şəhərinə zərbələr endirərək, "Hizbullah”ın iki komandirini zərərsizləşdirib.

7News.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Al Hadath” telekanalı məlumat yayıb.

Məlumatına görə, zərbə şəhərin məscidlərindən birinin yaxınlığında yerləşən əl-Əssirə məhəlləsinə endirilib.

İki komandirlə birlikdə bir döyüşçünün də zərərsizləşdirildiyi bildirilir.
Seçilən
51
5
7news.az

10Mənbələr