AZ

Ronaldo və Neymarın göstəricisini təkrarladı

Harri Keyn UEFA Çempionlar Liqasında iki fərqli klubda 20-dən çox qol vuran üç oyunçudan biridir.

Msport.az xəbər verir ki, o, “Çelsi” ilə oyunda iki top vuraraq komandasının qələbəsinə kömək edib – 3:1.

Ümumilikdə isə Keyn Çempionlar Liqasında “Tottenhem”in heyətində 21, “Bavariya”da isə 17 qol vurub. Siyahıda ondan başqa Kriştiano Ronaldo (“Real” -105, “Mançester Yunayted” -21) və Neymar (“Barselona” – 21, PSJ – 22) var.

Həmçinin Keyn vurduğu toplarla qeyri-ingilis klubunun heyətində İngiltərə klubunun qapısına 2 qol vurmuş ilk ingilis futbolçusu olub. O, “Bavariya” – “Çelsi” oyununun ən yaxşı oyunçusu seçilib.

Seçilən
29
2
msport.az

3Mənbələr