AZ

Dubayda dünyanın ən hündür hoteli inşa edilib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin noyabrında Dubayda 82 mərtəbəli mehmanxana istifadəyə veriləcək. O, dünyanın ən hündür hoteli olacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dubay hökuməti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Məlumatda qeyd olunur ki, obyekt şəhərin yeni simvoluna çevriləcək. Dubay Marina rayonunda yerləşən kompleksin hündürlüyü 377 metrə çatır. Hazırda dünyanın ən hündür mehmanxanası Dubayda inşa edilmiş 356 metr hündürlüyündəki "Gevora" hotelidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
oxu.az

1Mənbələr