Trend-in "Tagesschau"a istinadən verdiyi məlumata görə, bu barədə britaniyalı alimlərin araşdırmasında bildirilib.
Araşdırma yalnız Avropa əhalisinin 30 faizini əhatə edən şəhərləri əhatə etdiyindən, nəticələr bütün qitə üzrə tam mənzərəni əks etdirmir. Buna baxmayaraq, tədqiqat göstərir ki, Cənubi Avropa paytaxtları uzunmüddətli istilərin təsirinə daha çox məruz qalıb. Məlumata görə, istilər nəticəsində Romada 835, Afinada 630, Parisdə 409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində isə 140 ölüm halı qeydə alınıb.
Qeyd olunub ki, istilər xüsusilə sürətlə qocalan Avropa əhalisi üçün daha böyük təhlükə yaradır. Yaşı 65-dən yuxarı olanlar bütün istidən ölüm hallarının təxminən 85 faizini təşkil edib.