“ABŞ prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməli və digər ölkələrlə sivil dialoq aparmalıdır”.
APA xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva BBC-yə müsahibəsində deyib.
"Mənim Trampla münasibətim yoxdur. Çünki Tramp ilk dəfə seçiləndə prezident deyildim. Onun Braziliya ilə deyil, (2019-2022-ci illərdə Braziliya prezidenti olmuş Jair) Bolsonaro ilə münasibəti var", - o deyib.
O bildirib ki, Tramp və onun administrasiyası Braziliya mallarına rüsumlar tətbiq edərkən, Braziliya ilə sivil bir şəkildə əlaqə saxlamayıb və o, rüsumlarla bağlı qərarı sosial şəbəkədəki səhifəsində yerləşdirib.