AZ

Prezidenti: Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

“ABŞ prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməli və digər ölkələrlə sivil dialoq aparmalıdır”.

Lent.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva BBC-yə müsahibəsində deyib.

"Mənim Trampla münasibətim yoxdur. Çünki Tramp ilk dəfə seçiləndə prezident deyildim. Onun Braziliya ilə deyil, (2019-2022-ci illərdə Braziliya prezidenti olmuş Jair) Bolsonaro ilə münasibəti var", - o deyib.

O bildirib ki, Tramp və onun administrasiyası Braziliya mallarına rüsumlar tətbiq edərkən, Braziliya ilə sivil bir şəkildə əlaqə saxlamayıb və o, rüsumlarla bağlı qərarı sosial şəbəkədəki səhifəsində yerləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
lent.az

3Mənbələr