AZ

Hindistanda "beyin yeyən amöb" infeksiyaya səbəb olub: 19 nəfər ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanda "beyin yeyən amöb"ün (Niqleriya fouleri) səbəb olduğu nadir beyin infeksiyası olan ilkin amöb meninqoensefalit xəstəliyinə yoluxma hallarının artdığı qeydə alınıb.
Oxu.Az bu barədə NDTV telekanalına istinadla xəbər verir.
Bildirilir ki, Kerala ştatında Niqleriya fouleri amöbünə 69 yoluxma halı qeydə alınıb. Onlardan 19-ü ölümlə nəticələnib.
Xəstələnənlər arasında həm südəmər uşaqlar, həm də yaşlı insanlar var. Bütün hallarda yoluxma isti çirin suda yaşayan amöb vasitəsilə baş verib.
Bu amöb insan üzən zaman burun boşluğundan bədənə daxil olur. Burun vasitəsilə beyinə çata bilir. Xəstəlik insandan insana keçmir.
Tipik simptomlara baş ağrısı, qızdırma, ürəkbulanma və qusma daxildir. Mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri görünür.
Seçilən
35
oxu.az

1Mənbələr