"Atletiko"nun qapıçısı Yan Oblak komandasının cari mövsümdə Çempionlar Liqasındakı hədəfləri barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "Marca" təcrübəli qolkiperin fikirlərini belə çatdırıb:
"Hər il Çempionlar Liqasına başlayanda onu qazanmağı arzulayıram. Hələ ki, bu titulum yoxdur, amma daim pozitiv düşünürəm, bacara bilərik. Bu, uzun yoldur və hər oyunu addım-addım keçmək lazımdır. Səyahətin haradan başlamasının fərqi yoxdur, hər yerdə qələbəyə doğru irəliləməlisən. Qalib gəlmək istəyirik. Başa düşürük ki, bu yol həmişəki kimi asan olmayacaq. İndiyədək sona qədər gedə bilməmişik, amma ümid edirəm, bu mövsüm hər şey yolunda gedəcək və sona qədər mübarizə aparacağıq"
Qeyd edək ki, turnirin əsas mərhələsinin I turunda Madrid klubu "Liverpul"la üz-üzə gələcək.