AZ

5 ildə 39 min nəfər narkotiklə bağlı həbs edilib-Qadınların sayı nə qədərdir?

Azərbaycanda 2019–2024-cü illər ərzində hüquq-mühafizə orqanları tərəfindən 39 min 2 şəxs, o cümlədən 510 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.

AzPost bildirir ki, bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Onlardan 37 min 978 nəfəri kişi, 1024 nəfəri isə qadındır.

Həmçinin 21 min 464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156 min 291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib.

AzPost.az

Seçilən
20
1
azpost.info

10Mənbələr