AZ

Azərbaycanda 2019–2024-cü illərdə hüquq-mühafizə orqanları narkotik vasitələrlə bağlı 47 min 863 fakt aşkarlayıblar

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycanda 2019–2024-cü illər ərzində hüquq-mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47 min 863 fakt aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Bildirilib ki, onlardan 16 min 458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29 min 148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub. Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Onun da 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş, 0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.

Göstərilən illər ərzində cinayət məsuliyyətinə 39 min 2 şəxs, o cümlədən 510 əcnəbi cəlb olunub. Onlardan 37 min 978 nəfəri kişi, 1024 nəfəri isə qadındır. Həmçinin 21 min 464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156 min 291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib.

Seçilən
35
14
azertag.az

10Mənbələr