AZ

Məhkumlara icbari tibbi sığorta gəlir -- AÇIQLAMA

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklərlə məhkumlar da icbari tibbi sığortanın subyektləri sırasına daxil ediləcək.

QHT.az xəbər verir ki, o qeyd edib ki, indiyədək məhkumların tibbi xidmətləri yalnız dövlət büdcəsi və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə həyata keçirilirdi. Yeni düzəlişlər isə onların tibbi xidmətlərdə bərabər hüquqlara malik olmalarına və beynəlxalq standartların tətbiqinə şərait yaradacaq.

Nuriyevin sözlərinə görə, dəyişikliklər yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edəcək:

“Bu, məhkumların sağlamlıq hüququnun təmininə, penitensiar sistemdə humanizm prinsiplərinin güclənməsinə və gələcək reinteqrasiyalarına xidmət edəcək”.

 

Pərvanə Fərhadqızı

Seçilən
65
qht.az

1Mənbələr