Ötən il Azərbaycanda cəmi vergi daxilolmalarının həcmi 15,8 milyard ABŞ dolları təşkil edib.
Day.Az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi daxilolmalarının 30,2%-i neft-qaz, 69,8%-i isə qeyri-neft-qaz sektoru üzrə reallaşıb.
Məlumata əsasən, 2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 42,9%-i mənfəət vergisi, 27,1%-i əlavə dəyər vergisi (ƏDV), 11,6%-i fiziki şəxslərin gəlir vergisi, 8,5%-i aksiz vergisi, 2,4%-i sadələşdirilmiş vergi, 2,1%-i əmlak vergisi, 1,9%-i dövlət rüsumu, 3,5%-i isə digər vergi növlərinin payına düşüb.
Eyni zamanda hesabat ilində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının 31,3%-i mənfəət, 35,4%-i ƏDV, 16,7%-i fiziki şəxslərin gəlir vergisi, 6,1%-i aksiz vergisi, 3,5%-i sadələşdirilmiş vergi, 2,8%-i dövlət rüsumu, 2%-i əmlak vergisi, 2,2%-i isə digər vergilər təşkil edib.