AZ

“Qarabağ”ın tarixi qələbəsi Azərbaycanı UEFA reytinqində irəli saldı

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlaması Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini yaxşılaşdırıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan çempionunun Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”nı məğlub etməsi sayəsində rəsmiləşib.

Ağdam klubu Portuqaliya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,500 əmsal əlavə edib. Bununla da Azərbaycanın reytinqdəki ümumi əmsalı 21,500-ə yüksəlib və ölkəmiz Slovakiyanı 0,125 əmsal qabaqlayaraq 25-ci pilləni ələ keçirib.

Azərbaycanın cari mövsümdəki qazancı isə 4,375-ə çatıb. Bu, 2021/2022-ci illər mövsümdəki ümumi qazancımızın təkrarıdır. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 7 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.

Xatırladaq ki, hazırda UEFA reytinqində İngiltərə başçılıq edir – 95,450. İtaliya (84,803) ikinci, İspaniya (79,203) üçüncü, Almaniya (74,831) dördüncü, Fransa (67,962) beşincidir.

error: Məzmun qorunur!
Seçilən
27
17
arena.az

10Mənbələr