AZ

“Zaur Rzayevlə Nəcməddin Sadıqov Kəlbəcərdən qayıdanda bir-birlərini qırdılar, yola getmirdilər” - FOTO+ÖZƏL

“6-cı sinifdən atam məni özü ilə ova aparırdı. Orada mənə silahla davranış qaydalarını öyrədirdi. İrəvana qədər olimpiyadalara gedirdim. Mən nə biləydim ki, illər sonra müharibə başlayacaq və mən müharibəyə yollanıb, snayperçi olacam? Hərbi hissədən gəlib dedilər ki, orduda snayperçi çatışmır, yox səviyyəsindədir. Öncə onlara dedim ki, 6 aylıq uşağım var. Dedilər ki, sən hərbiçisən, getməlisən. Sən getmə, o getməsin bəs kim getsin? Hərbi hissədə bir polkovnik var idi, o mənə dedi ki, “sən gedib qayıtmaya da bilərsən”. O anda uşağı düşünmürdüm ki. O vaxt cavan idim, başa düşmürdüm. 6 aylıq qızımı uşaq evinə qoyub cəbhəyə yollandım. Ordumuz yox idi, 10-11-ci sinif uşaqlarını çayxanalardan götürüb gedirdilər. Nə silah var, nə də başqa bir şey. 1992-ci ildə gedib, 1997-ci ildə qayıtdım. Ağdamda, Kəlbəcərdə, Şuşada olmuşam. Çox böyük əziyyətlər çəkmişəm. Şuşadan qayıdanda necə maşınımızı vurmuşdularsa, sürücünün başını aparmışdı. Biz necə Ağdamdan, Kəlbəcərdən düşmüşdüksə heç xəbərimiz olmamışdı. Bəzən döyüş yoldaşlarımızla görüşüb, o illəri yada salırıq. Məni görən-görən deyir ki, sizinlə fəxr edirik”.
 
Bunu Moderator.az-a açıqlamasında keçmiş döyüşçü qadın Dilbər Ələkbərova deyib.
O daha sonra əlavə edib:
 
“1992-ci ildə o zaman Rövşən Əkbərov polkovnik, Zaur Rzayev general idi. Hər zaman Zaur Rzayevlə Nəcməddin Sadıqov dalaşırdı, heç yola getmirdilər. Kəlbəcərdən qayıdanda yolda bir-birlərini qırdılar. Bilmirəm aralarında nə olmuşdu? Məni qoymurdular ki, eşidim. Söyüş söyürdülər, qadın olduğum üçün orada çox olmurdum. O qədər qeyrətli oğlanlarımız var idi ki.. 100 erməninin qabağına 1 qəhrəman oğlumuz çıxırdı. Ağdamda döyüş yoldaşlarımdan biri mənə xoşagəlməz söz demişdi. Gecə oturub hönkürtü ilə ağladım. Gördüm ki, Rövşən Əkbərov məni çağırır. Sən demə o çölə siqaret çəkməyə çıxıb, mənim səsimi eşidib. Soruşdu ki, “niyə ağlayırsan? Mən kişiyəm, mənim də qadınım var”. Həmin döyüşçünün adını ona dedim. Gecə ilə əmr verdi ki, bütün hərbçi kişilər sıraya düzülsün. Siz təsəvvür etməzsiz ki, həmin şəxsi necə cəzalandırdı. Çox qeyrətli şəxs idi. Qəhrəman qadın Qaratel da orada idi. Onu başından elə vurdular ki.. (kövrəlir). 3 snayperçi qadından biri də o idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycanın bütün torpaqları işğal olunacaqdı. O Ağdamda hərbi hissəyə gələndə mən tankın üstündə oturmuşdum. Albert Aqarunov da mənim cəbhə dostum idi. Təsəvvür etməzdiniz ki, mən kimlərlə birlikdə silahdaş olmuşam. İllər sonra onun qohumları biləndə ki, mən Albertin cəbhə yoldaşıyam, siz inanmazsınız ki, bizə bir hörmət etdilər ki. Bu gün də ehtiyac olarsa döyüşlərə yollanaram”.
Seçilən
21
1
moderator.az

2Mənbələr