AZ

Mərhum generalın cinayət işi üzrə məhkəmə yekunlaşdı - İş adamlarına hökm oxundu

Mərhum generalın cinayət işi üzrə məhkəmə yekunlaşdı - İş adamlarına hökm oxundu

Müdafiə nazirinin sabiq müavini, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov 11 il müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.

İttihama görə, mərhum general Fuad Məmmədov iki şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. Məhkəmə müttəhim Fuad Məmmədovun oğlunu hüququ varisi kimi tanıyıb.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub.

Onun Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

F. Məmmədov 2020-ci ildə vəfat edib.

Seçilən
18
28
afn.az

10Mənbələr