Bakıda ictimai nəqliyyatda istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin direktoru Məmməd Allahverdiyev işdən çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, şirkətə rəhbərlik Rüfət Babakişiyevə həvalə olunub.
Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 12,5 milyon manatdır.
"Cebheinfo.az"