AZ

Gəncədə məhkəmənin həyətində dava düşdü, zərərçəkmiş qadın döyüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhərində məhkəmə binasının həyətində dava düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının həyətində baş verib.
Adıçəkilən məhkəmədə Gəncə şəhər sakini Tünzalə Şamoyevanın işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə tərəflər arasında mübahisə yaranıb və məhkəmə nəzarətçiləri mübahisənin qarşısını alıblar.
Məhkəmə prosesindən sonra T.Şamoyeva binanın həyətinə düşərək, orada olan Ağgül adlı şikayətçi qadını yaxalayıb. O, qadına hücum edərək əvvəlcə saçını yolub, daha sonra yıxaraq ona təpik və yumruq zərbələri endirib.
Ərazidə olan mühafizəçilər onları ayırıblar və zərərçəkmiş polisə məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanaraq iş Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə T.Şamoyeva 1 500 manat məbləğində cərimə edilib.
Samir Əli
Seçilən
31
oxu.az

1Mənbələr