AZ

Barreneçea: “Qarabağ”a məğlubiyyət bizi məyus etdi”

“Benfika”nın futbolçusu Entso Barreneçea UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya və Azərbaycan təmsilçiləri arasındakı görüş ötən gecə Lissabonda baş tutub və “Qarabağ”ın 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Entso Barreneçea matçdan sonra “Sport TV”yə açıqlama verib. Bu matçda hesabı açmış argentinalı futbolçu “Qarabağ”la oyunu unudub çempionata köklənəcəklərini söyləyib:

“Biz kollektiv oyun nümayiş etdirirdik, irəlidə oynayırdıq və sakit idik. UEFA Çempionlar Liqasında səhvlərə yol verilməməlidir. Nəticə bizi məyus edir. Diqqətimizi çempionat oyununa yönəltməliyik. UEFA Çempionlar Liqası fərqli yarışdır. Hətta hesabda 2:0 öndə olmaq belə rahatlaşmağa əsas vermir. Biz danışacağıq və növbəti matça köklənəcəyik”.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

error: Məzmun qorunur!
Seçilən
26
21
arena.az

10Mənbələr