AZ

Azərbaycanda generalla əlbir olan iş adamlarına HÖKM OXUNDU

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət rəsmiləri - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov isə 11 il müddətə azadlıqdan məhrum edilib.

Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.

İttihama görə, mərhum general Fuad Məmmədov Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. Məhkəmə müttəhim Fuad Məmmədovun oğlunu hüququ varisi kimi tanıyıb.

Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Fuad Məmmədovun Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
28
lent.az

10Mənbələr