AZ

Kirkin qətlində şübhəli bilinən şəxs üçün ölüm cəzası istənildi

ABŞ-ın səlahiyyətliləri respublikaçı fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinsonu "ağır cinayətdə" ittiham edərək ölüm cəzasına məhkum edilməsini istədiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yuta ştatının baş prokuroru Ceff Qrey mətbuat konfransı keçirərək Kirki öldürdüyünə görə həbs edilən Robinsona qarşı rəsmi ittihamları açıqlayıb.

Qrey, Kirkin qatili olduğu iddia edilən Robinsonun qəsdən və bilərəkdən adam öldürmə ittihamı ilə "ağır cinayət"də ittiham olunduğunu, həmçinin yaralanma və ədalətə mane olmaq üçün silahdan istifadə etdiyinə görə mühakimə olunacağını açıqladı.

Baş prokuror Qrey Robinson üçün ölüm cəzası tələb etdiklərini, bu qərarı ciddi düşünərək qəbul etdiklərini və şübhəlinin məhkəmə boyu girov hüququ olmadan həbsdə qalacağını bildirib.

Aytən Yaşar/ turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr