AZ

Qarabağa gələn dünya liderləri - SİYAHI

2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ dünyanın siyasi xəritəsində yeni reallıqların mərkəzinə çevrilib. Son 4 ildə bölgəyə çoxsaylı dövlət və hökumət başçıları səfər edib, Şuşa və Xankəndidə keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər.

Son dörd ildə buraya müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və hökumət rəhbərləri səfər edərək həm Azərbaycanla həmrəylik nümayiş etdirib, həm də bölgədəki dəyişiklikləri yerində qiymətləndiriblər.

Ölkə.az modern.az-a istinadən indiyədək Qarabağa səfər edən dünya liderlərini təqdim edir:

İlk tarixi səfər 2021-ci ilin iyununda baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birgə Şuşada olub və məşhur Şuşa Bəyannaməsini imzalayıblar. Ərdoğan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrinə bir neçə dəfə səfər edib.

Sonrakı illərdə Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə ev sahibliyi etdi və bu çərçivədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstan Baş naziri Viktor Orban və Şimali Kipr Prezidenti Ersin Tatar kimi liderlər bölgəni ziyarət ediblər. 2024-cü ilin mayında Belarus Prezidenti Aleksandr Lukaşenko da Qarabağda olub.

Bu ilin mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif üçtərəfli görüş keçirib.

2025-ci ilin iyulunda isə daha bir Xankəndi tarixi hadisəyə - İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinə ev sahibliyi edib. Tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Qazaxıstan Baş naziri Oljas Bektenov iştirak ediblər. Sammitdə həmçinin Əfqanıstan hökumətini Abdul Qani Baradar, Türkmənistanı Rəşid Meredov, BƏƏ-ni Sultan əl-Cabir təmsil edib.

Qarabağa sonuncu yüksək səviyyəli xarici səfər isə ötən gün baş tutub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada İlham Əliyevlə görüşüb və müxəlif mövzularda müzakirələr aparıblar.

Seçilən
35
9
olke.az

10Mənbələr