AZ

“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. 

Prezident İlham Əliyev qonağı Füzulidə qarşılayıb. Səfər çərçivəsində dövlət başçıları arasında təkbətək görüş keçirilib. 

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri çox mühüm hadisədir:

"Azərbaycanla BƏƏ arasında çoxşaxəli və dərin əlaqələr mövcuddur. Burada söhbət siyasi, iqtisadi və diplomatik əlaqələrdən gedir. Azərbaycan Ərəb və İslam coğrafiyasında BƏƏ-nin ən yaxşı partnyorlarından biridir. BƏƏ beynəlxalq hüquq çərçivəsində bizi narahat edən mövzulara həssas yanaşıb. Eyni zamanda beynəlxalq təşkilatlardakı səylərimizə yaxından dəstək göstərib. Azərbaycanı narahat edən məsələlərdə heç vaxt əks mövqe sərgiləməyib. 

Politoloq bildirib ki, BƏƏ şirkətləri Qarabağın bərpa prosesində də aktiv rol oynay- bilərlər: 

"Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağın bərpa prosesində BƏƏ-nin şirkətlərinin fəaliyyəti və investorların cəlbi önəmlidir. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var”. 

Ekspert deyib ki, görüşün digər maraqlı tərəfi isə İsrail-Qətər arasındakı gərginlik ola bilər:

"BƏƏ və Qətər münasibətləri müxtəlif dövrlərdə fərqli olub. Mövcud situasiyada İsraillə ən yaxşı dialoq qura biləcək ölkə İslam dünyasının üzvü olan Azərbaycandır. Bakının vasitəçiliyi ilə tərəflər arasında görüşün baştutma ehtimalı yüksəkdir”. 

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
azxeber.com

1Mənbələr