AZ

Moskva yenidən azərbaycanlıları sıxışdırır Daha bir diaspor rəhbəri... FOTO

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan diaspor təşkilatının rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib

Moskva şəhərinin Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya hakim dairələrinə yaxın olan “Readovka” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, bu qərarın əsas səbəbi guya onun uzun müddət kölgə sxemləri ilə, o cümlədən qeyri-qanuni miqrasiya və saxta məhsulların ört-basdır edilməsində iştirakıdır.

Qeyd olunur ki, Bəxtiyar Həsənov Rusiya pasportunu 2000-ci illərin əvvəllərində alıb.

Aysel,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
1
www.bakupost.az

2Mənbələr