AZ

Georgi Sudakov: “Qarabağ”ın hər hücumu təhlükəli idi”

“Benfika”nın ukraynalı futbolçusu Georgi Sudakov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Portuqaliya və Azərbaycan təmsilçiləri arasındakı görüş ötən gecə Lissabonda baş tutub və “Qarabağ”ın 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Georgi Sudakov matçdan sonra “Sport TV”yə açıqlama verib. Bu matçda iki məhsuldar ötürmə müəllifi olmuş 23 yaşlı yarımmüdafiəçi çox çalışmalı olduqlarını söyləyib:

“Çətin idi… Böyüməli və başımızı qaldırmalıyıq. İlk növbədə təhlil etməli, bu oyun üçün məsuliyyət daşımalı, növbəti görüşlərə baxmalı və çox çalışmalıyıq. İlk hissədə 2:0 hesabı ilə qalib gəlirdik, oyuna nəzarət edirdik. Lakin cərimə zərbəsindən buraxdığımız qoldan sonra oyun dəyişdi. “Qarabağ” çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik. Buna rəğmən, irəli getməli və növbəti oyunda daha yaxşı çıxış etməliyik. Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox”.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

error: Məzmun qorunur!
Seçilən
26
17
arena.az

10Mənbələr