AZ

Sənə məktub yazmışam, niyə cavab vermirsən? — Deputatdan SƏRT ÇIXIŞ

"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların sullarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur.

Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır, nə nazir, nə komitə sədri, nə də başqası deyil. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Siz deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən, niyə cavab vermirsən? Onlar da deyir ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nədən ötrüdür? Zəng edin görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Səyyad Aran bildirib. 

O qeyd edib ki, SSRİ-də məktublara 1 ay sonra cavab verilirdi, o dövrdə bu cür tendensiya normal hesab olunsa da, müasir dövrdə qəbuledilməzdir. 

“SSRİ-də ərazi də böyük idi, texnologiya da inkişaf etməmişdi, ona görə məktublar sahibinə gec çatırdı.

Seçilən
58
17
demokrat.az

10Mənbələr