AZ

Mərkəzi Bank: Turizm xidmətlərində balansında 194,3 milyon dollarlıq profisit yaranıb

BAKI, 17 sentyabr. TELEQRAF

2025-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1.7 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.4 mln.dollar) idxalı (752.1 mln.dollar) üstələməsi nəticəsində 194.3 mln.dollar həcmində profisit yaranıb.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 32.7% artaraq 1.1 mlrd.dollar olub.

Seçilən
41
teleqraf.com

1Mənbələr