AZ

Mədə xərçənginin qeyri-aşkar əlamətləri açıqlandı

Uzunmüddətli hərarət və öskürək mədə xərçəngindən xəbər verə bilər.

Ölkə.az "lenta.ru"ya istinaadla xəbər verir ki, bu barədə həkim-onkoloq Basir Bammatov danışıb.

Onun sözlərinə görə, əgər insanda aydın səbəb olmadan uzun müddət 37–37,5 dərəcə ətrafında hərarət qalırsa, tüpürcəyin artması və ya dad duyğusunun dəyişməsi müşahidə olunursa, mütləq həkimə müraciət etməlidir: "Bu, mədə xərçəngi ola bilər. Qeyri-adi əlamətlərə uzunmüddətli səs tutulması və ya öskürək də daxildir. Bu hallar şişin qayıdan siniri sıxması və ya metastazların olması ilə bağlı ola bilər”.

Həkim diqqətə çatdırıb ki, mədə xərçənginin bəzi ilkin əlamətləri qastrit və ya yorğunluq kimi görünə bilər. İnsan iştahanın azalmasından və ya itməsindən, az miqdarda yeməkdən sonra belə ağırlıq hissindən, ürəkbulanmasından şikayət edə bilər:

"Daha gec mərhələlərdə mədə xərçəngi özünü qarının yuxarı hissəsində ağrı, qəbizlik və ishalın növbələşməsi, qan qarışıqlı qusma və ya qara rəngli nəcis ilə büruzə verə bilər".

Həmidə İbrahimova

Seçilən
33
1
olke.az

2Mənbələr