AZ

Azərbaycanın I yarımildə tədiyyə balansında 275 milyon dollar kəsir olub

 Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 648,1 milyon dollar profisit olmuşdu.

Missiya.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 2 milyard 317,4 milyon dollarlıq profisit (ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % az), kapital hesabındakı 2,4 milyon dollarlıq kəsir (ötən ilin eyni dövründə profisit olub), maliyyə hesabındakı 2 milyard 758,9 milyon dollarlıq kəsir (24,9 % çox), balanslaşdırıcı maddələr üzrə 169 milyon dollarlıq profisit (27,1 % az) hesabına formalaşıb. 

Seçilən
46
1
missiya.az

2Mənbələr