AZ

"Qaçqınkom"un adının dəyişdirilməsi təklif edildi

Milli Məclisdə Böyük qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib. 

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var: 

"Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi, Böyük qayıdış üzrə komitənın yaradılması vacibdir. Böyük qayıdışla bağlı suallara cavab verəcək ayrıca qurum ola bilər".

Seçilən
71
7
qaziler.az

10Mənbələr